Sionist diplomat Türkiyəni düşmən ölkə adlandırdı
Qəzzəyə türk əsgəri girməyəcək - AKTUAL
İsrail rejiminin Nyu-Yorkdakı baş konsulu Ofir Akunis yerli “Kan” televiziya kanalına verdiyi müsahibədə Türkiyə və Qəzzə zolağı ilə bağlı kəskin mövqeyini açıqlayıb.
O bildirib ki, İsrailin rəsmi siyasəti Qəzzə zolağına heç bir türk əsgərinin daxil olmasına imkan vermir və bu mövqe dəyişməz olaraq qalır.
Akunisin sözlərinə görə, İsrail tərəfi Türkiyəni artıq dost və ya tərəfdaş ölkə kimi deyil, açıq şəkildə düşmən kimi qiymətləndirir. Diplomat bu mövqeyini prezident Ərdoğanın son çıxışları ilə əsaslandırıb. Onun iddiasına görə, Ərdoğan İsraili Qəzzədə soyqırım törətməkdə ittiham edib və İsrailin hərəkətlərini Adolf Hitlerin siyasəti ilə müqayisə edib.
Ofir Akunis açıqlamasında daha da irəli gedərək Türkiyə prezidentini “terroru təşviq etməkdə” ittiham edib.