Hələbin qərbində naməlum motosikletçilər Colani qüvvələrini hədəfə alıblar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i422579-hələbin_qərbində_naməlum_motosikletçilər_colani_qüvvələrini_hədəfə_alıblar
Naməlum motosikletçilər Hələbin qərbində Colani qüvvələrini hədəfə alıblar. Qara geyimli hücumçular hücumdan sonra hadisə yerindən qaçıblar.
(last modified 2025-12-16T04:47:48+00:00 )
Dek 15, 2025 10:46 Asia/Baku
  • Hələbin qərbində naməlum motosikletçilər Colani qüvvələrini hədəfə alıblar

Naməlum motosikletçilər Hələbin qərbində Colani qüvvələrini hədəfə alıblar. Qara geyimli hücumçular hücumdan sonra hadisə yerindən qaçıblar.

Suriya mənbələri Hələbin qərbində Colani qüvvələrinə qarşı yeni hücumdan xəbər veriblər. Naməlum silahlı şəxslər motosikletlə Darət İzzə şəhəri ətrafında və bu şəhər ilə Deyr Səman arasındakı yolda Colaninin qüvvələrini atəşə tutublar.

Hücum nəticəsində Colani qüvvələrindən biri yaralanıb və qara geyimli hücumçular şimala doğru qaçıblar.

Bundan əvvəl də İdlibin cənubundakı Məərrət ən-Nöman şəhərində oxşar hücum dörd nəfərin ölümünə və bir nəfərin yaralanmasına səbəb olmuşdu.

Suriya Daxili İşlər Nazirliyi hücumçuların tutulması üçün əməliyyatlara başlayıb. Suriyada silahlı qarşıdurmalar hələ də davam edir.