Dek 29, 2025 14:44 Asia/Baku
  • Qəzzədə 900 min qaçqın soyuq hava və sığınacaq çatışmazlığı ilə üz-üzədir

Fələstin Qeyri-Hökumət Təşkilatları Şəbəkəsi bildirib ki, Qəzzə zolağında təxminən 900 min qaçqın, havaların soyuması və mühasirənin davam etməsi fonunda böhranlı və qeyri-insani şəraitdə yaşayır.

Ramallahda yerləşən Fələstin Qeyri-Hökumət Təşkilatları Şəbəkəsi verdiyi bəyanatda qeyd edib ki, güclü fırtına və şiddətli yağışlar Qəzzə zolağında onlarla qaçqınlara məxsus onlarla çadırının su altında qalmasına və dağılmasına səbəb olub.

Qurumun bildirdiyinə görə, qaçqınların əksəriyyətini qadınlar, uşaqlar və yaşlılar təşkil edir və onlar istilik vasitələrinin olmaması, eləcə də humanitar yardımların bölgəyə girişinin əngəllənməsi səbəbindən ciddi çətinliklərlə üzləşiblər.

Şəbəkə humanitar fəlakətin daha da dərinləşməsi ilə bağlı xəbərdarlıq edərək, beynəlxalq ictimaiyyəti və BMT-ni Qəzzə qaçqınları üçün təcili göndərilməsi və təhlükəsiz sığınacaqların təmin olunması istiqamətində dərhal praktiki addımlar atmağa çağırıb.