Dek 29, 2025 20:05 Asia/Baku
  •  ABŞ və İsrail ölkənin kimliyini və suverenliyini hədəfə alıblar

Livan parlamentində "Müqavimətə Sədaqət" fraksiyasının nümayəndəsi ABŞ və sionist rejimin Livana qarşı artan təzyiqlərinə diqqət çəkərək, bu planların təkcə müqavimətin silahları ilə məhdudlaşmadığını, həm də ölkənin siyasi, təhlükəsizlik və kimlik strukturlarını hədəf aldığını bildirib.

Livan parlamentində Müqavimətə Sədaqət fraksiyasının üzvü Əli Fəyyaz vurğulayıb ki, ABŞ və sionist rejimin Livana qarşı təzyiqləri ölkənin suverenliyini və daxili balansını zəiflədə biləcək siyasi, təhlükəsizlik və iqtisadi planın bir hissəsidir.

O, müqavimətin silahsızlaşdırılması cəhdlərinə toxunaraq, bildirib ki, bu yanaşma Livanı xarici qəyyumluğa sürükləyir və onun təhlükəsizlik müstəqilliyini təhdid edir.

Fəyyaz çıxış yolunu 1701 saylı qətnaməyə əməl olunması, hücumların dayandırılması, İsrail qüvvələrinin çıxarılması, bərpa prosesinin başlanması və müdafiə strategiyası üzrə milli dialoqun qurulmasında gördüyünü vurğulayıb.