İsrail tarixində demoqrafik təlatüm:
Əhali artımı dibə çökdü! - AKTUAL
İsrail misli görünməmiş demoqrafik şok yaşayır. Rejimin gələcəyini təhdid edən rəqəmlər artıq rəsmi mənbələrdə də təsdiqlənib.
Bu məlumata əsasən, İsrailin 12-ci kanalı Taub Tədqiqat Mərkəzinə istinadən xəbər verir: 2025-ci ildə İsraildə əhalinin artım tempi cəmi 0,9% olacaq. Bu göstərici son on ilin orta səviyyəsindən iki dəfədən çox aşağıdır və müasir İsrail tarixində ilk dəfə bu qədər zəif artım qeydə alınır.
Araşdırma göstərir ki, eniş təsadüfi deyil və bir neçə kritik amilin üst-üstə düşməsi ilə bağlıdır: Əhalinin sürətlə qocalması, ölüm hallarının artması və davam edən təhlükəsizlik böhranı fonunda xaricə kütləvi köç dalğası.
Məlumatda qeyd olunur ki, getdikcə daha çox israilli işğal olunmuş əraziləri tərk edir. Miqrasiya balansı artıq açıq şəkildə mənfidir və bu, son onilliklərin ən ağır miqrasiya itkisi kimi qiymətləndirilir.
Digər tərəfdən, doğum səviyyəsindəki kəskin azalma vəziyyəti daha da ağırlaşdırır. Üstəlik, İsrailə köç edənlərin sayı 2013-cü ildən bəri ən aşağı həddə enib. Bu isə demoqrafik boşluğun yaxın illərdə daha da dərinləşəcəyini göstərir.
Diqqətçəkən məqam bir məqam da odur ki, əks mühacirətə üz tutanlar əsasən18–34 yaşlı gənclər, yüksək gəlirli və peşəkar təbəqədir.
Analitiklərin fikrincə, bu rəqəmlər İsrailin təkcə demoqrafik deyil, dərin sosial və struktur böhranın yeni mərhələsinə daxil olduğunu göstərir.