İraq Müqavimətindən Vaşinqtona xəbərdarlıq:
"Əllərimiz hələ də tətikdədir"
İraq Müqavimətinin Koordinasiya Komitəsi ABŞ-ı qüvvələrinin yerdəyişməsində hiyləgərlikdə ittiham edərək, Vaşinqtonun İraq torpaqlarından və bu ölkənin hava məkanından tam şəkildə geri çəkilməsini tələb edib.
İraq Müqavimətinin Koordinasiya Komitəsi yaydığı bəyanatda bildirib ki, ABŞ bazalardakı qüvvələrinin sayını azaltdığını iddia etsə də, pilotsuz uçuş aparatları və hərbi təyyarələrinin İraq səmasında uçuşlarını artırıb və bu ölkənin suverenliyini pozmağa davam edir.
Komitə Vaşinqtonun öhdəliklərini etibarsız hesab edərək, vurğulayıb ki, Müqavimət döyüşçülərinin, o cümlədən “Həşdüş-Şəbi” qüvvələrinin əlləri hələ də tətikdədir.
Bəyanatda İraq hökuməti və parlamentindən ABŞ qüvvələrinin hərəkətlərini izləyərək onların real şəkildə geri çəkilməsini təmin etmələri və ölkənin tam suverenliyini qorumaqları tələb olunub.