Lapid:
Üç il ərzində 200 min nəfər İsraildən qaçıb
Sİonist rejimdə müxalifət rəhbəri xəbərdarlıq edib ki, ümidin azalması və iqtisadi böhran, yüz minlərlə sakinin işğal olunmuş Fələstin ərazilərini tərk etməsinə səbəb olub.
Sionist rejimdə müxalifət rəhbəri Yair Lapid bildirib ki, ötən üç il ərzində təxminən iki yüz min nəfər ümidin itirilməsinə və həyat şəraitinin ağırlığına görə, işğal olunmuş Fələstin ərazilərini tərk edib. O, bu fenomeni nadir bir hadisə adlandırıb.
Lapid qeyd edib ki, İsrail rejimindəki hazırkı məişət durumu, üç il bundan qabaqkı və hətta yeddi oktyabr hadisələrindən əvvəlki vəziyyətdən belə, pis olubdur. Sakinlər şəxsi təhlükəsizlik, təhsil və yaşayış xərcləri sahələrində problemlərlə üzləşirlər- deyə, sİonist rejimdə müxalifət rəhbəri qeyd edib.
Sionist rejimin baş naziri Benyamin Netanyahunun nazirlər kabinetini tənqid edən Yair Lapid, deyibdir ki: Bu ikabinetin siyasətləri, «tam bir nəslin dağılması»na səbəb olub. Zəruri olmayan nazirliklərə və güzəştlərə milyardlıq büdcələr xərclənib. Belə bir halda, «məişət bahalığı» böhranına göz yumulub.
Bundan öncə, sionist rejimin mərkəzi statistika idarəsi bildirmişdi ki, Qəzzə müharibəsindən sonra işğal olunmuş Fələstin ərazilərindən «beyinlərin qaçması» prosesi misli görünməmiş bir səviyyəyə çatıb.
Bu sionist idarənin qeyd etdiyinə görə, ilk dəfə olaraq, işarəolunan ərazilərdən qaçan miqrant universitet işçilərinin sayı, həmin ərazilərə yeni daxil olanların sayından çox olub və bu vəziyyət bu rejimin elmi-tədqiqat gələcəyi üçün strateji təhdid sayılır.