Yəmən Səudiyyə Ərəbistanına raket və dron zərbələri endirib:
Yəmən Səudiyyə Ərəbistanına raket və dron zərbələri endirib: hava limanlarında fəaliyyət dayandırılıb
Xəbər mənbələri Ər-Riyadda bir neçə partlayış səsinin eşidildiyini və Səudiyyə Ərəbistanının hava limanlarında fəaliyyətin pozulduğunu bildirirlər.
Eyni zamanda, Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səri Səudiyyə Ərəbistanındakı hərbi obyektlərə qarşı dörd raket və PUA əməliyyatının həyata keçirildiyini açıqlayıb. Yəhya Səri bildirib ki, Ər-Riyad hava limanı bir neçə PUA ilə hədəfə alınıb və nəticədə hava limanında uçuşlar dayandırılıb.O, əlavə edib: “Digər əməliyyatlarda Səudiyyə Ərəbistanının bir sıra hərbi obyektləri və hava limanları raket və dron hücumlarına məruz qalıb. Onun sözlərinə görə, hücumlar nəticəsində hərbi bazalara ziyan dəyib və uçuşlar dayandırılıb.Yəmən Silahlı Qüvvələrinin sözçüsü həmçinin bir qrup Səudiyyə hərbçisinin öldüyünü və yaralandığını, sursat anbarlarının məhv edildiyini də bildirib. O, Səudiyyə Ərəbistanına məxsus bir PUA-nın da Yəmən səmasında vurulduğunu açıqlayıb.