Mayk Pensin Gürcüstan səfərinin əsl hədəfi nədir? –Təhlil
Gürcüstanda yayın lap oğlan çağında cari ilin ən önəmlilərindən biri adlandırılan hadisə baş verib – amerikalı yüksəkçinli qonaq, ABŞ vitse-prezidenti Mayk Pensölkəyə səfər edib.
Gürcüstanda artıq çoxdan bu cür yüksək səviyyəli qonaq olmayıb. Amma bu sırf formal baxımdandır. Amerikadaxili gerçəkliklər obyektivcəsinə dəyərləndirilsə, onda ABŞ prezidenti artıq Birləşmiş Ştatların yarımprezidenti adlandırmağın vaxtıdır, çünki Konqres onun əl-qolunu bağlayıb. Bəlkə də, ABŞ-ın bütün tarixi boyu heç bir prezident indiki kimi öz fəaliyyətində bu cür məhdudlaşdırılmayıb. Düşünürük ki, vitse-prezident də bu durumdadır. Buna baxmayaraq, yüksəkçinli amerikalı qonağı Tiflisdə qonaqsevərliyin ən ali dərəcəsində ən yüksək təmtəraqla qarşılayıblar. Yerli köhnə sakinlər xatırlayırlar ki, bir vaxtlar Xruşovu, Brejnyevi, Çernenkonu və əlbəttə, kiçik Corc Buşu belə qarşılayıblar. Deməli, Pens səfərin gedişində Gürcüstan baş naziri Georgi Kvirikiaşvili, prezident Georgi Marqvelaşvili, Bütün Gürcüstan Katolikosu II İlya, müxalif partiyaların təmsilçiləri ilə görüşüb.
Pens Gürcüstana gələnədək Çernoqoriya və Estoniyaya baş çəkib. Bu, nəzərə alınmaqla düşünmək çətin deyil ki, Pensin səfəri müfəttiş yoxlamasına bənzəyir, ABŞ isə Rusiya Federasiyasını qalan dünyadan ayırmalı olan rus xofunun “Böyük Amerika səddi” inşasının necə getdiyini diqqətlə izləyir.
Beləliklə, Mayk Pens Gürcüstan səyahətinin gedişində 2500 hesabca üçüncü, çomillətli “Layiqli tərəfdaş – 2017” (Noble Partner 2017) hərbi təlimlərinə qatılmış Amerika və Gürcüstan hərbçisi ilə görüşüb. Təlimlər iyulun 20-da Gürcüstan SQ-nin Tiflis yaxınlığındakı Vaziani poliqonunda strat götürüb. Təlimlərdə yeddi ölkədən ümumilikdə 2800-ədək hərbçi və 500 vahid hərbi texnika hərəkətləndirilib. ABŞ vitse-prezidentinin sözlərinə görə, təlimlərin Gürcüstanda keçirilməsi Cənub Qafqaz respublikası üçün çox önəmli olaydır. Mayk Pens bildirib: “Biz inanırıq ki, təhlükəsizlik sahəsində tərəfdaşlqıdan savayı daha inkişaf etmiş və güclü Gürcüstan ölkənin birləşdirilməsuinə nail olacaq. ABŞ yeni yollar axtarmağı davam etdirəcək və bunun vasitəsilə Gürcüstanı təkcə müdafiə qabiliyyəti baxımından gücləndirməyəcək, həm də iqtisadiyyatca ölkəyə yardım edəcəyik ki, bu da əlavə işlə təminat, iqtisadi irəliləyiş gətirəcək və mən əminəm ki, Gürcüstanın öz ərazilərini qaytardığını qeyd etdiyi gün yetişəcək”.
ABŞ vitse-prezidenti Gürcüstanın Şimal Atlantika alyansının tamhüquqlu üzvü olmaq cəhdlərini növbəti dəfə təqdir edib. O bu haqda sıradakını bəyan edib: “Gürcüstana gəlincə, biz Gürcüstanın NATO üzvü olmaq cəhdini əzmlə dəstəkləyirik. Biz baş nazir, Gürcüstan hökuməti ilə sıx işi davam etdiririk ki, Gürcüstanın günlərin birində NATO üzvü olması üçün NATO ilə yaxınlaşmasını genişləndirək və gücləndirək”.
Gürcüstan rəhbərliyinə gəlincə, Donald Tramp administrasiyasına münasibət üzrə maksimum loyallıq göstərib. Məsələn, Georgi Kvirikaşvili birgə mətbuat konfransında Amerika jurnalistinin Amerika seçkilərinə Rusiya müdaxiləsi haqda sualının qıcıqlı məqamlarından məharətlə yan keçib. Baş nazir özünün əla adlandırdığı kəşfiyyat imkanlarına söykənməklə bildirib ki, heç bir müdaxilə olmayıb və Amerika xalqı öz iradəsini ifadə edib.
Gürcüstan prezidenti Georgi Marqvelaşvili hərbi təlimlərin böyük önəmini vurğulayıb. “Mən bu təlimləri “Layiqli tərəfdaş” adındansa başqa cür daha düzgün adlandıra bilməzdim, çünki biz bir-birimizə layiq silahdaşıq və azadlıq bayrağını, demokratiyanı, insan haqlarının kürəsəl sabitliyini birgə tuturuq”, – deyə Marqvelaşvili bildirib.
Gürcüstan prezidenti həmçinin ABŞ prezidentinin Gürcüstan məsələləri üzrə özəl təmsilçisinin təyin edilməsi haqda təşəbbüslə çıxış edib. Bu təklifə cavabın necə olacağı hələlik məlum deyil.
Ölkə XİN başçısı Mixail Canelidze Pensin səfərini mühüm ismarıc və Gürcüstana Amerikanın misilsiz dəstəyi kimi səciyyələndirib. Ölkənin ruhani lideri, Bütün Gürcüstan Katolikosunun Patriarxı II İlya öz növbəsində Pensə və xanımına üzərində “Allah sizi uğurlasın” və kilsə başçısının imzası həkk edilmiş qızıl xaç və qolbağ hədiyyə edib. II İlya Donald və Melaniya Tramplar üçün də bu cür hədiyyə göndərib.
Müxalif partiyalarla görüş yetərincə özünəməxsus şəkildə keçib. “Vahid milli hərəkat” kifayət qədər geniş təmsil olunsa da, parlamentin “Gürcüstan vətənsevərləri alyansı” müxalif partiyasını və parlamentdənkənar müxalif “Demokartik hərəkat – Vahid Gürcüstan” partiyasını və liderini – parlamentin eks-spikeri Nino Burcanadzeni ümumiyyətlə dəvət etməmişdilər. Burcanadzehökumət siyasətini kəskin tənqid edərək Gürcüstan milli maraqlarından çıxış etməklə ondan Rusiyaya münasibətdə daha ağıllı siyasət tələb edib. Burcanadze deyib: “Partiyamızı bu görüşə dəvət etməyiblər. Mən təəccüblənmədim, Saakaşvili iqtidarı dönəmində də bu cür olub… Pens eşitmək istədiyini eşitdiyi siyasi qruplarla görüşüb, onlar özgə fikri olan bizlərlə görüşmürlər”.
Lakin burada məsələ hətta digər müxalif partiyaların qatılmadığında da deyil, Pensin Gürcüstan səfərindən qabaq Gürcüstan QHT-ləri koalisiyasının ona Gürcüstan hökumətindən şikayət etdiyi, ölkədə demokratik dəyərlərin sarsıdılması təhlükəsini göstərdiyi açıq məktubla müraciət etməyindədir. Söhbət konstitusiya dəyişiklikləri prosesi, məhkəmə sistemi üzərində hökumət nəzarətinin gücləndiyi, hüquq-mühafizə qurumlarının həyata keçirdiyi pozuntular və s.-dən gedib. Təbii ki, “Vahid milli hərəkat” üzvləri öz qaçqın liderləri Mixail Saakaşvili Ukrayna vətəndaşlığından məhrum edildikdən sonra onun durumu haqda məsələ qaldırıblar.
Ən maraqlısı budur ki, Mayk Pens ictimai çıxışlarının heç birində bu məsələlərdən heç birinə bir dəfə də toxunmayıb. Həmçinin ABŞ vitse-prezidentinin Gürcüstan səfəri zamanı heç bnir saziş və ya müqavilə imzalanmayıb. Odessada soruşulduğu kimi, bəs onda bu səfər nə üçün idi? Cavab isə bundadır ki, Pentaqon məhz Pensin səfəri günü Ukraynaya tank əleyhinə raketlər, HHM vasitələri və digər müasir silahlar verilməsi haqda təkliflər hazırlayıb. Gürcüstan çoxdan bu cür sövdəyə can atır, amma ABŞ gələn ilin büdcəsində Gürcüstana yardımı iki dəfə azaldıb. Pens yayğın şəkildə, amma hər halda eyham vurub ki, Gürcüstan tank əleyhinə və zenit raketləri əldə edə bilər.
Beləliklə, Estoniya, Çernoqoriya, Ukrayna və Gürcüstan. Doğrudanmı, kimsə gerçəkdən inanır ki, Amerika silahları bu ölkələri qırğına vermək üçün deyil, onların təhlükəsizliyinin möhkəmləndirilməsi üçün tədarük olunacaq? Amerika prezidenti kiçik Corc Buş artıq Gürcüstanda olub, dövlət katibi Kondoliza Rays da tez-tez gələrdi, çoxsaylı Amerika təlimatçıları gürcü ordusunu hazırlayırdı. Hər şey 2008-ci ilin avqustunda başa çatdı və sonradan aydınlaşdı ki, guya amerikalılar Saakaşvilini Cənub Osetiyaya hücum fikrindən daşındırıblar.
Tarix təkrar olunur?