Türkiyə və Rusiyanın ikitərəfli sanksiyaların ləğvi haqda birgə bəyanatı
https://azeri.sahartv.ir/news/türkiyə-i270326-türkiyə_və_rusiyanın_ikitərəfli_sanksiyaların_ləğvi_haqda_birgə_bəyanatı
Türkiyə və Rusiya bir bəyanat yayaraq, ikitərəfli ticarət məhdudiyyətlərinə son qoyulduğunu bildiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 23, 2017 16:31 Asia/Baku
  • Türkiyə və Rusiyanın ikitərəfli sanksiyaların ləğvi haqda birgə bəyanatı
    Türkiyə və Rusiyanın ikitərəfli sanksiyaların ləğvi haqda birgə bəyanatı

Türkiyə və Rusiya bir bəyanat yayaraq, ikitərəfli ticarət məhdudiyyətlərinə son qoyulduğunu bildiriblər.

Mehr xəbər agentliyinin məlumatına görə, Türkiyə və Rusiyanın baş nazir müavinləri Mehmet Şimşək və Arkadi Durkoviç birgə bəyanat imzalayaraq, iki ölkə arasındakı ticarət sanksiyalarını ləğv ediblər.

Bu bəyanatın imzalanması mərasimində Türkiyənin baş naziri Bin Əli Yıldırım və Rusiyanın baş naziri Dmitri Medvedev iştirak ediblər. Bu görüş və mərasim İstanbulda keçirilən Qara Dəniz Əməkdaşlıq Təşkilatının sammitinin kənarında təşkil olunubdur.