PKK-nın xüsusi təyinatlı qüvvələrinin məsul şəxsi Türkiyədə öldürülüb
-
PKK-nın xüsusi təyinatlı qüvvələrinin məsul şəxsi Türkiyədə öldürülüb
PKK-nın baş üzvlərindən biri Türkiyənin ordu qüvvələrilə toqquşmada öldürülüb.
Türkiyənin TRT telekanalı vebsaytının məlumatına görə, Tuncəli valisi Osman Kaymak deyib ki, bu toqquşma dünən Türkiyənin şərqində yerləşən Tuncəli vilayətinin Ovacık məntəqəsinin ətrafında baş verib.
Osman Kaymak qeyd edib ki, bu toqquşmada öldürülmüş şəxsin təşkilat adı Ruhat Diyar olubdur.
Tuncəli valisi əlavə edib: Suriya vətəndaşı və PKK-nın xüsusi təyinatlı qüvvələrinin Ovacık məntəqəsindəki məsul şəxsi olan Ruhat Diyar 2003-cü ildə bu qrupa qatılıbdır.
Türkiyənin təhlükəsizlik qüvvələri ilə PKK arasındakı atəşkəs 2015-ci ilin iyul ayından aradan götürüldü.
1984-cü ildə Türkiyənin cənub-şərq məntəqələrində PKK münaqişəsinin başlanmasından bəri əksəriyyətini kürdlər təşkil edən 40 mindən çox nəfər öldürülübdür.