May 31, 2017 09:13 Asia/Baku
  • Türkiyənin 43 kəndində komendant saatı elan olunub

Türkiyə hökuməti cənub-şərqdə Diyarbəkr vilayətinin 43 kəndində PKK ünsürlərinə qarşı əməliyyat məqsədilə komendant saatının tətbiq olunduğunu bildirib.

Fars Xəbər Agentliyinin məlumatına görə, Türkiyə rəsmiləri bildiriblər ki, çərşənbə axşamı günündnən 43 kənddə komendant saatı ttəbiq olunur və növbəti bildirişə əsasən qüvvədədir. 

Türkiyənin kürdsakinli bölgələrində komendant saatının elan olunması ilə yanaşı qeyd edək ki, BMT-nin İnsan Haqları Şurasının ali komissarlığı son vaxtlar bir hesabatda bildirib ki, Türkiyə ordusu və təhlükəsizlik qüvvələri cənub-şərqdə PKK ünsürlərinə qarşı əməliyyat zamanı insan haqlarını pozublar. 

BMT-nin İnsan Haqları Şurasının Ali Komissarlığı Türkiyə təhlükəsizlik qüvvələrinin hərəkətlərini qınayıb: Türkiyə ordusunun ölkənin cənub-şərqində keçirdiyi əməliyyata görə, 355-500 min sakin öz ev-eşiyini tərk etməyə məcbur olub. 

2012-ci il dekabr ayında Türkiyədə kürdlərin məsələsinin həlli üzrə başlanan sülh prosesi 2015-ci il iyul ayında Suruç şəhərində baş verən partlayışla dayandı. Ondan sonra Türkiyə ordusu və PKK bir-birinin mövqelərinə hücumlara yenidən başlayıblar. 

Teqlər