Rusiya və Türkiyə prezidentləri regional böhranı müzakirə ediblər
https://azeri.sahartv.ir/news/türkiyə-i271990-rusiya_və_türkiyə_prezidentləri_regional_böhranı_müzakirə_ediblər
Türkiyə və Rusiya prezidentləri telefon əlaqəsi saxlayaraq bəzi ərəb dövlətləri ilə Qatar arasında yaranmış böhranı Türkstrim qaz kəməri layihəsini eləcə də Suriya böhranını müzakirə ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 06, 2017 14:45 Asia/Baku
  • Rusiya və Türkiyə prezidentləri regional böhranı müzakirə ediblər
    Rusiya və Türkiyə prezidentləri regional böhranı müzakirə ediblər

Türkiyə və Rusiya prezidentləri telefon əlaqəsi saxlayaraq bəzi ərəb dövlətləri ilə Qatar arasında yaranmış böhranı Türkstrim qaz kəməri layihəsini eləcə də Suriya böhranını müzakirə ediblər.

Deyli Sabah qəzetinin internet portalının verdiyi məlumata görə, Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan dünən Rusiya prezidenti Vladimir Putin ilə telefon əlaqəsində Fars körfəzi məntəqəsindəki diplomatik böhranı, Suriya böhranını və Türkstrim qaz kəməri layihəsini onunla müzakirə edib. 

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın deyib: Region ölkələri əsassız məlumat və iddialar əsasında deyil birlik və həmrəylik əsasında biri-biri ilə əlaqələrini qiymətləndirməlidirlər.