Türkiyə ordusu PKK ünsürlərinə ağır zərbə vurdu
İyun 14, 2017 09:57 Asia/Baku
Türkiyə dövlət qüvvələri ilə toqquşmada PKK üzvlərindən 20 nəfər öldürülüb.
Röyters İnformasiya Agentliyinin məlumatına görə, Türkiyə ordusu çərşənbə axşamı günü bir bəyanatda bildirib: Türkiyənin cənub-şərqi və İraqın şimalında havah ücumlarında PKK-nın 20 üzvü öldürülüb.
Bu bəyanatda əlavə olunub: Türkiyə qırıcıları cənub-şərqdə Van vilayəti və İraqın şimalında Zab və Hakurk bölgələrində ayrı-ayrı üç hava hücumu həyata keçiriblər.
Bildirildiyinə görə, bu hücumda öldürülən bəzi PKK-çılar hücum etməyə hazırlaşırmışlar.