Rusiyanın müdafiə naziri Türkiyə prezidenti ilə görüşdü
İyul 02, 2017 15:49 Asia/Baku
-
Rusiyanın müdafiə naziri Türkiyə prezidenti ilə görüşdü
Rusiyanın müdafiə naziri Sergey Şoyqu Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan ilə görüşüb, regionun son mühüm olayları barədə danışıqlar aparıb.
Anadolu xəbər agentliyinni verdiyi məlumata görə, Rusiya müdafiə nazirinin Türkiyə prezidenti ilə görüşü bu gün günortadan sonra bağlı qapılar arxasında baş tutub.
Görüşün detalları hələ ki, açıqlanmayıb.
Türkiyə prezidenti dünən də rusiyalı həmkarı Vladimir Putin ilə telefon əlaqəsi saxlayaraq, Suriya və Qətər olayları barədə onunla fikir mübadiləsi aparmışdı.
Teqlər