PKK-nın hücumunda dörd nəfər ölüb
İyul 03, 2017 19:16 Asia/Baku
-
PKK-nın hücumunda dörd nəfər ölüb
PKK qüvvələrinin Türkiyənin Şirnak vilayətində həyata keçirdiyi iki hücumda azı dörd nəfər ölüb.
Röyters-in məlumatına görə, PKK üzvlərinin Şirnak vilayətinin "Ulu Dərə" məntəqəsində hərbi şose yolu salmaqda olan şəxslərə qarşı hücumlarında üç nəfər ölüb, beş nəfər də yaralanıbdır.
Həmçinin Şirnak valiliyi bir bəyanatda bildiribdir ki, PKK ünsürlərinin bu vilayətdə bir tikinti emalatxanasına qarşı hücumunda bir nəfər ölüb.
Türkiyənin daxili işlər nazirliyi bu gün bir bəyanatda bildirib ki, bu ölkənin təhlükəsizlik qüvvələri ötən həftə 55 PKK üzvünü öldürüb və on beş PKK-çını əsri alıblar.
PKK-nın Türkiyənin mərkəzi dövlətinə qarşı mübarizəsinin başlandığı 1984-cü ildən bəri 40 mindən çox insan öldürülüb.