Vaşinqton Türkiyənin Rusiyadan silah almasına reaksiya verib
Sen 13, 2017 19:00 Asia/Baku
-
Vaşinqton Türkiyənin Rusiyadan silah almasına reaksiya verib
ABŞ Dövlət Departamenti Türkiyənin Rusiyadan S-400 raket sistemi almasından narahatlıq ifadə edib.
"Xəbər Türk" informasiya portalının verdiyi məlumata görə, ABŞ Dövlət Departamentinin sözçüsü Hiter Nort Türkiyənin "S-400" raket hücumundan müdafiə sistemi almaq üçün Rusiya ilə danışıqlar aparmasına işarə edərək, deyib: NATO-ya üzv ölkələrin Şimali Atlantika Alyansının silah sisteminə uyğun silahlardan istifadə etməsi böyük önəm daşıyır.
Nort daha sonra deyib: Əgər Türkiyə həqiqətən bu raket sistemini almaq istəyirsə, bu həqiqətən Vaşinqton üçün nigaranlıq doğurur.