Noy 18, 2017 21:28 Asia/Baku
  • NATO üzr istədi, Ərdoğan qəbul etmədi
    NATO üzr istədi, Ərdoğan qəbul etmədi

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan şənbə günü NATO-nun Norveçdə keçirilən hərbi təlimlərində nişangah olaraq "Mustafa Kamal Atatürkün" fotoşəklindən istifadə etməsinə görə üzr istəməsini qəbul etməyib və deyib: Bu kimi təhqiramiz rəftarı bu sadəliklə bağışlamaq olmaz.

Röyters-in verdiyi məlumata görə, Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan televiziya vasitəsilə etdiyi çıxışında deyib: "Siz ötən gün NATO-nun təlim məşqlərində təhqiramiz rəftarın şahidi oldunuz. Bəzi yanlışlıqlar var ki, axmaq və nadan insanlar tərəfindən deyil, alçaq və həyasız insanlar tərəfindən törədilib. Bu, sadə bir üzr istəməklə göz yumulası məsələ deyil."

Ərdoğan cümə günü də NATO-nun təlim məşqlərində yaşanan bu hərəkətə etiraz olaraq Türkiyənin öz hərbçilərini NATO-nun təlim məşqlərindən geri çağırdığını bildirmişdi.

Türkiyənin Norveçdəki səfirliyi də bu ölkə hökuməti və NATO-dan baş vermiş hadisə ilə bağlı izahat vermələrini istəyib.

NATO-nun təlim məşqlərində yaşanan rüsvayçılığın ardınca alyansın baş katibi Yiens Stoltenberq baş vermiş hadisəyə görə Türkiyədən şəxsən üzr istəyib və deyib: Bu, bir şəxs tərəfindən yol verilmiş xətadır və NATO-nun ümumi baxışını əks etdirmir.

NATO-nun avropalı hərbçiləri Norveçdə keçirilən hərbi təlimlərin sonuncu günündə nişangaya Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün fotoşəkilini yerləşdirib və NATO-nun sosial şəbəkəsində Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın adı altında saxta bir hesab yaradaraq, xoşagəlməz fikirlər yayıblar.

Teqlər