Türkiyə ABŞ-ın yeni qərarına münasibət bildirib
Yan 13, 2018 06:43 Asia/Baku
-
Türkiyə ABŞ-ın yeni qərarına münasibət bildirib
Türkiyənin xarici işlər naziri ABŞ dövlətinin bu ölkə vətəndaşlarına Türkiyəyə səfər barədə xəbərdarlıqlarını qınayaraq deyib: Türkiyə Amerikadan daha stabil və sakitdir.
Türkiyənin Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Mövlud Çavuşoğlu dünən deyib: Hər gün Amerikanın müxtəlif şəhərlərində qətlə yetirilənlərin statistikasına diqət yetirilərsə məlum olacaq ki Türkiyə Amerikadan daha təhlükəsizdir.
Amerikada silahlı zorakılıq hallarının qeydiyyat mərkəzi ötən milad ilində bu ölkənin müxtəlif şəhərlərində 60 min atışma halının qeydə alındığını və bu hadisələrdə 15 min 83 nəfərin öldüyü, 30 min 430 nəfərin yaralandığını bildirmişdir.
Teqlər