Yan 25, 2018 13:30 Asia/Baku
  • Çavuşoğlu: ABŞ-ın terrorçulara silah dəstəyi Türkiyənin təhlükəsizliyini təhdid edir
    Çavuşoğlu: ABŞ-ın terrorçulara silah dəstəyi Türkiyənin təhlükəsizliyini təhdid edir

Türkiyənin xarici işlər naziri deyib: Suriyadakı terrorçu qruplara Amerika tərəfindən silah göndərilməsi Türkiyənin təhlükəsizliyini təhdid edir.

Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Mövlud Çavuşoğlu dünən Parisdə müxbirlərə deyib: ABŞ prezidenti Donald Tramp Suriyanın şimalındakı terrorçu qruplara silah vermədiyini deyir halbuki, dünən iki Türkiyə vətəndaşı ABŞ silahları ilə terrorçular tərəfindən qətlə yetirildi. 

Çavuşoğlu deyib: Bu gün YPG və PKK Amerikanın silahlarından Türkiyəyə qarşı istifadə edirlər. 

Teqlər