YPG komandanı rəsmi Dəməşq ilə razılaşmadan xəbər verib
https://azeri.sahartv.ir/news/türkiyə-i293473-ypg_komandanı_rəsmi_dəməşq_ilə_razılaşmadan_xəbər_verib
YPG qrupunun komandanlarından biri Suriya ordusunun Afrinə girişini müsbət qarşıladığını və bu xüsusda Suriya hökuməti ilə razılaşmanın əldə olunduğunu deyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 25, 2018 14:11 Asia/Baku
  • YPG komandanı rəsmi Dəməşq ilə razılaşmadan xəbər verib
    YPG komandanı rəsmi Dəməşq ilə razılaşmadan xəbər verib

YPG qrupunun komandanlarından biri Suriya ordusunun Afrinə girişini müsbət qarşıladığını və bu xüsusda Suriya hökuməti ilə razılaşmanın əldə olunduğunu deyib.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, YPG yaraqlılarının komandanı Əl-Məyadin telekanalına verdiyi açıqlamada deyib: Suriya dövləti ilə razılaşmalar əsasında Suriya ordusunun Afrinə tam daxil olmasını müsbət qarşılayırlar . O başçılıq etdiyi qrupun özünü müdafiə üçün silah ələ götürdüyünü və Suriya dövləti ilə düşmən olmadığını deyib. 

Bu komandan deyib: Kürdlər lazım gələrsə silahlarını Suriya dövlətinə təhvil verəcəklər ona görə ki, bu silahlar dövlətin mülkiyyətidir. 

Sözü gedən kürd yaraqlılarının komandanı deyib: Suriya kürdlərinin separatçı planları yoxdur və Suriyada öz hüquqlarını bərpa etmək istəyirlər. 

Türkiyə ordusunun Afrinə qarşı hərbi əməliyyatı 20  yanvarda başlayıb. 

Suriyanın Xarici İşlər Nazirliyi Türkiyənin Afrinə hücumlarını pisləyib və bunu Suriyanın milli hakimiyyətini pozduğunu bildirib.