Afrində 16 Türkiyə hərbçisi əsir alınıb
Yan 26, 2018 06:34 Asia/Baku
-
Afrində 16 Türkiyə hərbçisi əsir alınıb
Suriya xalqını müdafiə bölmələri-YPG-nin nümayəndəsi Suriyanın Afrin şəhərindəki döyüşlərdə on altı türkiyəli hərbçinin əsir alınmasından xəbər verib.
Suriya xalqını müdafiə bölmələrinin nümayəndəsi Əhməd Şoqi bildirib ki, Afrinin Cindires məntəqəsində baş vermiş bu döyüşlərdə Suriya xalqını müdafiə bölmələrinin üzvlərindən dörd nəfər də itkin düşübdür.
Türkiyə ordusunun Suriyadakı kürd qüvvələrə qarşı "Zeytun budağı" adlı hərbi əməliyyatı şənbə günü axşam Suriyanın şimalındakı Hələb vilayətinin Afrin şəhəri istiqamətində başlanıb.
Teqlər