Afrində qadın döyüşçünün orqanlarının kəsilməsi kadrlarının yayılmasına reaksiya
https://azeri.sahartv.ir/news/türkiyə-i294423-afrində_qadın_döyüşçünün_orqanlarının_kəsilməsi_kadrlarının_yayılmasına_reaksiya
Türkiyə ordusuna bağlı silahlı qrupların üzvlərinin Suriyanın Afrin şəhərində bir qadın döyüşçünün cəsədinin üzvlərini kəsməsi ilə bağlı kadrların yayılması irimiqyaslı reaksiyalara səbəb olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 03, 2018 11:38 Asia/Baku
  • Afrində qadın döyüşçünün orqanlarının kəsilməsi kadrlarının yayılmasına reaksiya
    Afrində qadın döyüşçünün orqanlarının kəsilməsi kadrlarının yayılmasına reaksiya

Türkiyə ordusuna bağlı silahlı qrupların üzvlərinin Suriyanın Afrin şəhərində bir qadın döyüşçünün cəsədinin üzvlərini kəsməsi ilə bağlı kadrların yayılması irimiqyaslı reaksiyalara səbəb olub.

Əl-Hədəs televiziyasının məlumatına görə, Afrin şəhərində kürd qadın döyüçünün cəsədinin orqanlarının kəsilməsi ilə bağlı iki video-çarğın yayılması kürdlərin qəzəblənməsinə səbəb olub.

Suriya İnsan Haqları Gözətçisi Təşkilatı bu iki video-çarxı yayımlayaraq bildirib ki, bu yaraqlılar Suriyanın Afrin şəhərində hərbi əməliyyatında iştrak edən silahlı qrupların üzvləridir.

Bu təşkilat bildirib: Hadisə Afrin rayonunun Bülbül bölgəsinin əl-Qərnə kəndində ötən çərşənbə axşamı günü baş verib.

Yerli kürd rəsmilər də bildiriblər ki, Barin Kubaniyə aid cəsəd Xalq Müdafiə Qüvvələri döyüşçülərinin kənarında döyüşən qadınların müdafiəsi qüvvələrinin döyüşçülərindən biridir.