Türkiyənin Bursa vilayətində partlayış
https://azeri.sahartv.ir/news/türkiyə-i294465-türkiyənin_bursa_vilayətində_partlayış
Türkiyənin şimal-qərbində Bursa vilayətində bomba partlayışı nəticəsində bir nəfər yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 03, 2018 15:53 Asia/Baku
  • Türkiyənin Bursa vilayətində partlayış
    Türkiyənin Bursa vilayətində partlayış

Türkiyənin şimal-qərbində Bursa vilayətində bomba partlayışı nəticəsində bir nəfər yaralanıb.

İRİB-in məlumatına görə, ötən gecə Bursa vilayətinin anti-üsyan polis mərkəzi yaxınlığında baş verən partlayış nəticəsində bir polis məmuru yaralanıb. 

Əldə olunan məlumatlara görə, partlayışa səbəb əllə düzəldilən bombanın yol kənarında paketin içində qoyulması olub. 

Bursa polisi hadisəni törədənlərin müəyyənləşdirilməsi üçün araşdırmaya başlayıb. 

Bursa Türkiyənin 4-cü böyük şəhəridir.