Türkiyə Afrində atəşkəsin elan edilməsinə qarşı çıxdı
https://azeri.sahartv.ir/news/türkiyə-i296887-türkiyə_afrində_atəşkəsin_elan_edilməsinə_qarşı_çıxdı
Türkiyənin dövlət sözçüsü deyib: BMT TŞ-nin Suriyada 30 günlük atəşkəslə bağlı qətnaməsi Türkiyənin "Zeytun Budağı" əməliyyatına heç bir təsir etməyəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 25, 2018 18:07 Asia/Baku
  • Türkiyə Afrində atəşkəsin elan edilməsinə qarşı çıxdı

Türkiyənin dövlət sözçüsü deyib: BMT TŞ-nin Suriyada 30 günlük atəşkəslə bağlı qətnaməsi Türkiyənin "Zeytun Budağı" əməliyyatına heç bir təsir etməyəcək.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Bəkir Bozdağ bazar günü deyib: Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi "Zeytun Budağı" hərbi əməliyyatı davam edəcək. Və BMT Təhlükəsizlik Şurasının atəşkəslə bağlı qətnaməsi bu əməliyyatları təsir altına almayacaq.

BMT-nin Təhlükəsizlik Şurası 3 gün davam edən mübahisələrin sonunda Suriyada atəşkəslə bağlı qətnamə qəbul edib.