Türkiyə parlamentinin daha 2 üzvünün deputatlıq mandatı ləğv edildi
Muş və Şanlı Urfa şəhərlərinin Türkiyə Böyük Millət Məclisindəki nümayəndələri olan Əhməd Yıldırım və İbrahim Ayhan barəsində həbs qərarının təsdiq edilməsinin ardınca, hər iki millət vəkilinin deputatlıq mandatı ləğv edilib.
İRNA-nın məlumatına görə, 2017-ci ilin iyulunda Türkiyə prezidentini təhqir etməkdə ittiham edilən Əhməd Yıldırım barəsində məhkəmə tərəfindən 14 ay həbs və siyasi fəaliyyətlərdən məhrumetmə cəzası çıxardılıb.
Terrorçu qruplaşmaları təbliğ etməkdə ittiham olunan İbrahim Ayhan isə 15 ay həbs və siyasi fəaliyyətlərdən məhrumetmə cəzasına məhkum edilib.
Yıldırım və Ayhan Xalqların Demokratik Partiyasının üzvləridirlər.
Bundan öncə də Xalqların Demokratik Partiyasının üzvlərindən olan 7 millət vəkilinin deputatlıq mandatı oxşar səbəblər üzündən ləğv edilmişdi.