Türkiyənin baş nazri Suriyanın Türkiyə ilə sərhəd bölgələrinə nəzarətin təmin olunduğunu deyib
https://azeri.sahartv.ir/news/türkiyə-i297243-türkiyənin_baş_nazri_suriyanın_türkiyə_ilə_sərhəd_bölgələrinə_nəzarətin_təmin_olunduğunu_deyib
Türkiyə baş naziri deyib: Türkiyə ordusu Suriyanın Türkiyə ilə bütün həmsərhəd bölgələrinə nəzarəti təmin edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 01, 2018 07:27 Asia/Baku
  • Türkiyənin baş nazri Suriyanın Türkiyə ilə sərhəd bölgələrinə nəzarətin təmin olunduğunu deyib
    Türkiyənin baş nazri Suriyanın Türkiyə ilə sərhəd bölgələrinə nəzarətin təmin olunduğunu deyib

Türkiyə baş naziri deyib: Türkiyə ordusu Suriyanın Türkiyə ilə bütün həmsərhəd bölgələrinə nəzarəti təmin edib.

SkayNyus-un verdiyi məlumata görə, Binəli Yıldırım deyib: Türkiyə ordusu və Azad Suriya Ordusu qüvvələri " Zeytun budağı" əməliyyatı nəticəsində Suriyanın Türkiyə ilə bütün sərhəd məntəqələrinə nəzarəti ələ keçiriblər. 

Türkiyənin baş naziri deyib: Birləşmiş Millətlər Təşkilatının Suriya müharibəsinin durdurulmasına dair qətnaməsi Afrin bölgəsini nəzərdə tutmur. 

Bu məlumata görə, Zeytun budağı əməliyyatı qüvvələrinin Afrinin sərhəd ərazilərini nəzarətə almalarından sonra Afrində müharibənin yeni mərhələyə daxil olduğu nəzərə gəlir. Türkiyə nəzarətə aldığı əraziləri nəzarətdə saxlamaq üçün Afrinin şimal qərbinə xüsusi qüvvələr yerləşdirib. Zeytun budağı əməliyyatının məqsədlərindən biri Afrin ilə sərhəd zolağı yaratmaqdan ibarət olub. Binəli Yıldırımın dediyinə görə bu məqsədin reallaşması üçün Türkiyə ordusunun hərbi əməliyyatı davam etdirməsi tələb olunur. 

Binəli Yıldırıma görə Türkiyə bəzi qan tökən terrorçu qruplara qarşı əməliyyat həyata keçirir. Afrin ilə sərhəd zolağı təhlükəsizliyi təmin olunub. BMT TŞ-nin qətnaməsinin isə sadəcə şərqi Quteni nəzərdə tutduğu tam bəllidir amma bəziləri səhvən Afrin əməliyyatı və Qutedə baş verən hadisələri eyni mahiyyətdə görürlər. 

SkayNyus bildirir: Baxmayaraq ki Təhlükəsizlik Şurası 2401 saylı qətnamənin böyük bir hissəsini Qute məntəqəsinə həsr edib amma bu qətnamə bütün Suriya ərazisində bütün hərbi əməlyyatların dayandırılmasına çağırır və sadəcə bəzi terrorçu qrupları istisna edib. Bu arada Kürd Xalq Müdafiə Bölmələrinin adından xəbər yoxdur. Rəsmi Ankaraya görə bu qrup terrorçudur və buna əsasən də Türkiyə Afrindəki hərbi əməliyyatını dayandırmaq istəmir, xüsusiylə ona görə ki, Zeytun budağı əməliyyatı qüvvələrinin qurudakı irəliləyişləri başlamışdır.