Türkiyə İraqın şimalında hərbi əməliyyat keçirmək fikrindədir
Mart 08, 2018 21:31 Asia/Baku
-
Türkiyə İraqın şimalında hərbi əməliyyat keçirmək fikrindədir
Türkiyə xarici işlər naziri bu ölkə ordusunun İraqın şimalında hərbi əməliyyat keçirməyə hazır olmasından xəbər verib.
Mövlud Çavuşoğlu bu gün deyib: Suriyanın Afrin şəhərində keçirilən "Zeytun budağı" əməliyyatından sonra növbə, İraqın şimalında PKK-ya qarşı sərhədaşırı əməliyyatındır.
Türkiyənin dövlət televiziyası- TRT-nin bildirdiyinə görə, Çavuşoğlu vurğulayıb ki, bu əməliyyat İraq dövlətinin həmkarlığı ilə icra olunacaq və əgər Afrin əməliyyatı bitməzsə, Türkiyə ordusu eyni zamanda iki əməliyyat keçirmək bacarığı və imkanına malikdir.