Mart 10, 2018 17:10 Asia/Baku
  • Türkiyənin İraqla müştərək əməliyyat bəyanatı qınandı
    Türkiyənin İraqla müştərək əməliyyat bəyanatı qınandı

İraqın xalq səfərbər qüvvələri komandanlarından biri Türkiyənin öz silahlı müxaliflərini izləmə metodunun iki ölkə əlaqələrinə zidd olduğunu deyib.

Kərim Ənnuri Əl-Məyadin telekanalına verdiyi müsahibədə Türkiyənin xarici işlər nazirinin Kürd yaraqlılarına qarşı İraq ilə müştərək əməliyyatların başladılması imkanı barədə son açıqlamasına münasibət bildirərək deyib:  İlk növbədə , bu kimi açıqlamalar hər kəsin özünə İraqın suverinlik hüququnu sual altına almaq icazəsi verdiyini göstərir. Kimsəyə buna icazə vermərik və İraq sərhədlərinə təcavüz edənlərə laqeyd yanaşmayacağıq. Türkiyənin Kürd yaraqlıların izində İraq sərhədləri daxilindəki əməliyyatları məsuliyyətsizlik olaraq iki ölkə əlaqələrinə zidddir. Biz Türkiyənin İraq sərhədləri daxilindəki hərhansı əməliyyatını rədd edirik. Türkiyə bilməlidir ki, 90-cı illərdə Səddam Hüseyn ilə imzaladığı müqavilələr artıq sona çatıb. 

Ənnuri bildirib: İraq bu barədə BMT TŞ-yə şikayət edəcək. Biz öz torpaqlarımızı müdafiə iqtidarındayıq və türkiyəlilərin bizim yerimizə savaşmalarını istəmirik. hansı ki, Türkiyə İŞİD ünsürlərinin İraq torpaqlarına axınına seyirici qaldı. 

Ənnuri deyib: Əgər Türkiyə öz mənafeyini düşünürsə bizim də öz milli təhlükəsizliyimizi düşünmək haqqımız var. 

Teqlər