Türkiyə münaqişəli yataqda əməliyyatı davam etdirmək istəyir
Londonda çıxan Qardian qəzeti Türkiyənin Kipr ilə münaqişəli olan neft yatağında kəşfiyyat əməliyyatının davam etdirilməsi qərarından xəbər verib.
Qardian qəzeti yazıb: Türkiyə vaxtı ilə dayandırdığını bildirdiyi Kiprin cənub qərbində neft yatağındakı kəşfiyyat əməliyyatını cari miladi ilində davam etdirmək niyyətindədir.
Bu məlumata görə, Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan bildirib ki, Kipr ilə münaqişəli bölgədə təbii sərvətlərin Kiprin yunan sakinli hissəsi tərəfindən istismar edilməsinə imkan verməyəcək.
Türkiyənin baş naziri Binəli Yıldırım da sözü gedən ərazidə kəşfiyyat fəaliyyətlərnin dayandırılmaısna səbəb olan çaxnaşmalardan sonra deyib: Ankara təhrikamiz hərəkətlərə münasib cavab verəcək.
Türkiyə Yunanıstan və Kipr sahillərində Amerika başda olmaqla qərb şirkətlərinin tərəfindən neft və qaz kəşfiyyatı əməliyyatlarına qarşı çıxaraq bildirib ki, bu bir tərəfli hərəkətlərdir və türk sakinli Kipr də bu təbii sərvətlərdən paya malikdir və Ankara onlaırn hüquqlarına göz yumulmasına imkan verməyəcək.
Türkiyə, Yunanıstan və Kiprin yunan sakinli hissəsi arasında son çaxnaşmalar əslində Kipr sahillərindəki neft və qaz mənbələrinə görədir.
Türkiyə ilə Yunanıstan arasında Aralıq dənizindəki ixtilaflardan əlavə 1974-cü ildə Türkiyə ordusunun Şimali Kiprə daxil olmasından sonra yunan sakinli Kipr ilə ixtilafar da artdı və BMT TŞ-nin səyləri və bu sahədəki neçə illik müzakirələr, iki Kiprin birləşməsi ideyası məğlubiyyətə uğramışdır.