Türkiyədə avtobus aşıb; 4 nəfər ölüb
https://azeri.sahartv.ir/news/türkiyə-i299772-türkiyədə_avtobus_aşıb_4_nəfər_ölüb
Türkiyənin mərkəzində Aksaray vilayətində bir ədəd avtobus aşıb, 4 nəfər həlak olub, 37 nəfər yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 24, 2018 14:45 Asia/Baku
  • Türkiyədə avtobus aşıb; 4 nəfər ölüb
    Türkiyədə avtobus aşıb; 4 nəfər ölüb

Türkiyənin mərkəzində Aksaray vilayətində bir ədəd avtobus aşıb, 4 nəfər həlak olub, 37 nəfər yaralanıb.

Sözü gedən avtobusun sürücüsü Ankara-Aksaray istiqaətində hərəkət edərkən, bu gün səhər çağı idarə etdiyi nəqliyyat vasitəsinə nəzarətini itirib və avtobus magistral yoldan çıxaraq aşıb. 

Hadisə yerinə tibbi yardım maşınları və yanğın söndürən maşınlar göndərilib. Hadisədə yaralananlar yaxında yerləşən xəstəxanaya köçürülüblər.