İran, Rusiya və Türkiyə prezidentlərinin üçtərəfli zirvə toplantısı
https://azeri.sahartv.ir/news/türkiyə-i300790-İran_rusiya_və_türkiyə_prezidentlərinin_üçtərəfli_zirvə_toplantısı
Ankarada İran, Rusiya və Türkiyə prezidentlərinin 2-ci üçtərəfli zirvə toplantısı Suriya böhranının həlli istiqamətində ötən müzakirələrin nəticələri və prosesin araşdırılması məqsədilə keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 04, 2018 12:17 Asia/Baku
  • İran, Rusiya və Türkiyə prezidentlərinin üçtərəfli zirvə toplantısı
    İran, Rusiya və Türkiyə prezidentlərinin üçtərəfli zirvə toplantısı

Ankarada İran, Rusiya və Türkiyə prezidentlərinin 2-ci üçtərəfli zirvə toplantısı Suriya böhranının həlli istiqamətində ötən müzakirələrin nəticələri və prosesin araşdırılması məqsədilə keçirilib.

İRNA-nın məlumatına görə, İran, Türkiyə və Rusiya prezidentləri Həsən Ruhani, Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin iştirakı ilə Ankarada başlayan bu zirvə toplantısında Suriyadakı proseslər, Astanadakı öncəki iclasların razılaşmalarının icrası yolları, eləcə də üç ölkə prezidentlərinin Soçidəki iclasının nəticələri araşdırılıb. 

İran, Türkiyə və Rusiya xarici işlər nazirləri Məhəmməd Cavad Zərif, Sergey Lavrov və Mövlud Çavuşoğlu da bu iclasda iştirak edib. 

Suriyanın ərazi bütövlüyünün qorunması, bu ölkədə atəşkəsin bərpa edilməsi, həmçinin terrorizmlə mübarizə üçün lazımi addımların atılması və Suriya məsələsinin diplomatik yolla həll edilməsi Ankara zirvə toplantısının əsas iş gündəmidir.