Türkiyə prezidenti Fransa əleyhinə açıqlama verdi
https://azeri.sahartv.ir/news/türkiyə-i301174-türkiyə_prezidenti_fransa_əleyhinə_açıqlama_verdi
Türkiyə prezidenti Fransa hökumətini cinayət törədən terrorçuları təşviq etməkdə suçlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 08, 2018 06:06 Asia/Baku
  • Türkiyə prezidenti Fransa əleyhinə açıqlama verdi

Türkiyə prezidenti Fransa hökumətini cinayət törədən terrorçuları təşviq etməkdə suçlayıb.

Röyters İnformasiya Agentliyinin məlumatına görə, Rəcəb Tayyib Ərdoğan ötən gün Türkiyənin cənub-qərbində Dənizli vilayətində bir qrup tərəfdarının qarşısında deyib: Fransa hökuməti Elisey sarayında terrorçuları qəbul edərək onları cinayət törətməyə təşviq edir. 

Ərdoğan deyib: Terrorçuların dəstəklənməsi və təşviq olunması qərbə etimadsızlığa səbəb olur. 

Ankara və Paris arasında diplomatik qalmaqal Fransa prezidenti Emmanuel Makronun 30 martda bir suriyalı heyət, o cümlədən YPG və PYD təmsilçiləri ilə görüşündə Parisin Suriyanın şimalında stabilliyi bərpa etmək prosesi dəstəkləməsinə zəmanət verməsi ilə şiddətlənib. 

Fransa prezidentinin bu hərəkətinə reaksiyada Türkiyə prezidenti bildirib: Parisin bu öhdəliyi terrorizmə dəstək mənasındadır.