Türkiyə Avropa Komissiyası rəhbərinin müdaxiləsinə reaksiya verib
Türkiyə Xarici İşlər Nazirliyi Avropa Komissiyası sədrinin Kiprin yunansakinli hissəsinə dəstək üzrə açıqlamasına reaksiya verib.
TRT televiziyasının internet portalının məlumatına görə, Türkiyə Xarici İşlər Nazirliyi cümə günü bir bəyanatda bildirib: Avropa Komissiyasının sədri Jan Klod Yunkerin açıqlamasının hüquqi əsası yoxdur və reallıqdan uzaqdır.
Türkiyə XİN-in bəyanatında bildirilir: Avropa Komissiyasının rəhbəri Jan Klod Yunker bir neçə gün öncə Yunanıstan parlamentində Kiprin yunansakinli hissəsini dəstəkləyib.
Türkiyə XİN həmçinin Türkiyədə saxlanılan iki yunan hərbçisinin azad olunması ilə əlaqədar Yunkerin açıqlamasını təəccübləndirici adlandırıb və bildirib: İki yunan hərbçisi qeyri-qanuni şəkildə Türkiyəyə daxil olublar.
1974-cü ildə Afina və Ankara arasında ixtilaf və iki ölkə arasında hərbi toqquşmalar ardınca, Kipr türksakinli və yunansakinli hissələrə bölünüb.
Kiprin yunansakinli hissəsi müstəqil dövlət kimi BMT tərəfindən rəsmən tanınıb və Avropa Birliyinin üzvüdür. Lakin türksakinli hissəsi sadəcə Türkiyə tərəfindən dövlət olaraq rəsmən tanınıb.