Ömər Çəlik: ABŞ-ın nüvə anlaşmasından çıxması müttəfiqlərinə qarşı yönəlmiş bir addım idi
https://azeri.sahartv.ir/news/türkiyə-i306660-Ömər_Çəlik_abŞ_ın_nüvə_anlaşmasından_çıxması_müttəfiqlərinə_qarşı_yönəlmiş_bir_addım_idi
Türkiyənin Avropa Birliyi məsələləri naziri Ömər Çəlik ABŞ-ın nüvə anlaşmasından çıxmasına icazə verəcək hansısa səbəbin olmadığını deyərək, Trampın bu anlaşmadan çıxmaq qərarını onun müttəfiq ölkələr ilə təzadlı mövqeyə malik olmasının nişanəsi adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 10, 2018 05:40 Asia/Baku
  • Ömər Çəlik: ABŞ-ın nüvə anlaşmasından çıxması müttəfiqlərinə qarşı yönəlmiş bir addım idi

Türkiyənin Avropa Birliyi məsələləri naziri Ömər Çəlik ABŞ-ın nüvə anlaşmasından çıxmasına icazə verəcək hansısa səbəbin olmadığını deyərək, Trampın bu anlaşmadan çıxmaq qərarını onun müttəfiq ölkələr ilə təzadlı mövqeyə malik olmasının nişanəsi adlandırıb.

İRNA-nın məlumatına görə, Ömər Çəlik çərşənbə günü Donald Tampın Birləşmiş Ştatların nüvə anlaşmasından çıxmasına dair qərarına reaksiya olaraq öz Tvitter hesabında paylaşdığı yazıda bildirib: İranın öz öhdəliklərinə sadiq qaldığı halda nüvə anlaşmasına zərbə vurmaq böyük bir səhvdir və Trampın bu qərarı beynəlxalq səviyyədə ciddi mənfi nəticələrə malik olacaq. 

Türkiyənin baş nazir müavini Bəkiz Bozdağ da ABŞ-ın nüvə anlaşmasından çıxmasını yanlış addım adlandırıb və deyib: Bu  yanlış qərarın nəticələri tezliklə özünü büruzə verəcək.