Ərdoğanın yeni prezidentlik dövrü başlandı
https://azeri.sahartv.ir/news/türkiyə-i317017-Ərdoğanın_yeni_prezidentlik_dövrü_başlandı
Rəcəb Tayyıb Ərdoğanın Türkiyədə yeni prezidentlik dövrü bu gün bu ölkə parlamentində andiçmə mərasiminin keçirilməsilə başlanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 09, 2018 15:39 Asia/Baku
  • Ərdoğanın yeni prezidentlik dövrü başlandı
    Ərdoğanın yeni prezidentlik dövrü başlandı

Rəcəb Tayyıb Ərdoğanın Türkiyədə yeni prezidentlik dövrü bu gün bu ölkə parlamentində andiçmə mərasiminin keçirilməsilə başlanıb.

Həmçinin bu gün Türkiyənin seçilmiş prezidentinin bu ölkə parlamentində and içməsindən əlavə, bu ölkənin hökumət sistemi də parlament sistemindən prezidentlik sisteminə dəyişibdir. Türkiyə xalqı ötən il yazın əvvəllərində bir referendumda iştirak edərək, bu ölkənin hökumət sisteminin parlament sistemindən prezidentlik sisteminə dəyişməsinin lehinə səs verdi və 2018-ci il 24 iyun seçkiləri gedişində Rəcəb Tayyıb Ərdoğan yeni sistemdə ilk prezident kimi seçildi. Türkiyənin prezidenti və yeni dövlətinin işə başlaması üzrə rəsmi mərasim əlli ölkənin başçısının iştirakı ilə keçirilib.

İranın sənaye, mədən və ticarət naziri Mohəmməd Şəriətmədari İran İslam Respublikasının nümayəndəsi kimi bu mərasimdə iştirak edib. Türkiyənin yeni hökumət sistemində baş nazirlik vəzifəsinin ləğv olunması ilə Ərdoğan prezident, dövlət başçısı və nazirlər kabinetinin başçısı olacaqdır.