Türkiyə parlamentinin sədri ABŞ-ın Ankaraya qarşı təhdidlərinə son qoyulmasını istəyib
-
Türkiyə parlamentinin sədri ABŞ-ın Ankaraya qarşı təhdidlərinə son qoyulmasını istəyib
Türkiyə milli məclsinin sədri ölkəsinin ABŞ prezidenti tərəfindən sanksiya ilə hədələnməsinə reaksiyada deyib ki, Vaşinqton Ankaranı hədələməkdən əl çəkməlidir.
Bin Alı Yıldırım ölkəsinin Donald Tramp tərəfindən sanksiya ilə hədələnməsinə reaksiyada vurğulayıb ki, Türkiyə xalqı bu təhdiddən qorxmur.
Türkiyə milli məclsinin sədri əlavə edib: Amerika prezidenti elə bir halda Türkiyəni sanksiya ilə hədələyir ki, Vaşinqton Türkiyə dövlətinə qarşı uğursuz 2016-cı il on beş iyul çevrilişinin əsas amili olan Fəthullah Gülənə heç bir məhdudiyyət olmadan öz torpağında yer verib və onu qoruyur.
Donald Tramp cümə axşamı günü Türkiyəyə xəbərdarlıq etdi ki, əgər bu ölkə dövləti amerikakı keşiş Andro Brunsonu azad etməzsə, Amerika Türkiyəyə qarşı şiddətli sanksiyalar tətbiq edəcəkdir.
Türkiyə dövləti Andro Brunsonu 2016-cı ilin oktyabrında terror və casusluq hərəkətləri, eləcə də Fəthullah Gülən ilə əlaqədə olmaq ittihamı ilə həbs etdi və hazırda o, Türkiyədə ev dustağıdır.