Ərdoğanın sözçüsü: Amerika Türkiyəni tamamiylə itirmək təhlükəsi ilə üz-üzədir
https://azeri.sahartv.ir/news/türkiyə-i319767-Ərdoğanın_sözçüsü_amerika_türkiyəni_tamamiylə_itirmək_təhlükəsi_ilə_üz_üzədir
Türkiyə prezidentinin sözçüsü deyib: Amerika Türkiyəni tamamiylə itirmək təhlükəsi ilə üz-üzədir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 12, 2018 10:56 Asia/Baku
  • Ərdoğanın sözçüsü: Amerika Türkiyəni tamamiylə itirmək təhlükəsi ilə üz-üzədir
    Ərdoğanın sözçüsü: Amerika Türkiyəni tamamiylə itirmək təhlükəsi ilə üz-üzədir

Türkiyə prezidentinin sözçüsü deyib: Amerika Türkiyəni tamamiylə itirmək təhlükəsi ilə üz-üzədir.

Türkiyədə çıxan Milliyyət qəzetinin internet portalı bildirib ki, Türkiyə hökumətinin sözçüsü İbrahim Kalın Türkiyədə çıxan ingilis dilli Sabah qəzetində dərc olunan məqaləsində yazıb: Amerika Türkiyəni itirmək təhlükəsi ilə üz-üzədir amma Türkiyə hökuməti ixtilafların diplomatik yolla həll edilməsinə üstünlük verir. 

Türkiyə prezidentini sözçüsü yazıb: 2016-cı il 15 iyul uğursuz dövlət çevrilişindən sonra Türkiyə hökuməti və iqtisadiyyatının çökəcəyinə dair proqnozlar real olmadı və Türkiyə iqtisadi sabitlik və inkişaf yolunu davam etdirdi. 

Kalın yazıb: Vaşinqton ilə Ankara arasında böhran Türkiyənin Andreu Brunsonu azadlığa buraxmaqdan imtina etməsi ilə daha da gərginləşdi və Türkiyə mallarına tariflərin artırılması ilə kuulminasiya nöqtəsinə çatdı.