Lavrov Türkiyə-Rusiya həmkarlığını səmərəli adlandırıb
https://azeri.sahartv.ir/news/türkiyə-i320706-lavrov_türkiyə_rusiya_həmkarlığını_səmərəli_adlandırıb
Rusiyanın xarici işlər naziri Moskvada Türkiyənin xarici işlər naziri ilə görüşdə iki ölkə əməkdaşlıqlarını səmərəli adlandırıb və deyib ki, Moskva-Ankara əlaqələri müxtəlif cəhətlərdə genişlənməkdədir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 24, 2018 15:04 Asia/Baku
  • Lavrov Türkiyə-Rusiya həmkarlığını səmərəli adlandırıb

Rusiyanın xarici işlər naziri Moskvada Türkiyənin xarici işlər naziri ilə görüşdə iki ölkə əməkdaşlıqlarını səmərəli adlandırıb və deyib ki, Moskva-Ankara əlaqələri müxtəlif cəhətlərdə genişlənməkdədir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib ki, iki ölkənin digər nazirlikləri və idarələri arasında əlaqələrin genişlənməsi iki tərəfin iş gündəmində durur.

Lavrov əlavə edib: İki ölkə daim danışıqlar üçün mühüm mövzulara malikdir ki, onlara hərbi, texniki və humanitar həmkarlıqları və ticarət sahəsini misal göstərmək olar.

Rusiyanın xarici işlər naziri Suriyada atəşkəsə zamin olan ölkələrin, yəni İran, Türkiyə və Rusiyanın dövlət başçılarının qarşıdakı Tehran sammitinə toxunaraq, bu iclasın əsas mehvərini Suriyanın İdlib şəhərinin vəziyyətinin araşdırılması adlandırıb.