Türkiyənin hərbi təyyarələri İraqın şimalını bombalayıblar
Okt 16, 2018 06:58 Asia/Baku
-
Türkiyənin hərbi təyyarələri İraqın şimalını bombalayıblar
Türkiyə ordusu baş qərargahı dünən gecə bir bəyanatda bu ölkənin hərbi təyyarələrinin İraqın şimalında Kərkük vilayətinin Əl-Zab ərazilərini bombalamasından xəbər verib.
İRİB-in verdiyi məlumata görə, Türkiyə ordusu baş qərargahı bildirib ki, Türkiyə qırıcı təyyarələri həmin ərazilərdə yerləşən PKK-nın gizləndiyi yeraltı mərkəzləri və silah-sursat anbarlarını bombalayıb.
2015-ci ildən başlayaraq Türkiyə İraqın şimalında PKK mövqelərinə vaxtaşırı olaraq hücumlar təşkil edir. İraq dövləti bu əməliyyatlara reaksiya verir.