Türkiyə və AB nüvə anlaşması məsələsində İranla həmkarlığa təkid ediblər
https://azeri.sahartv.ir/news/türkiyə-i328608-türkiyə_və_ab_nüvə_anlaşması_məsələsində_İranla_həmkarlığa_təkid_ediblər
Avropa Birliyi və Türkiyə Ankarada keçirdikləri iclasın bəyanatında nüvə anlaşması məsələsində İranla həmkarlığa təkid ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 23, 2018 17:57 Asia/Baku
  • Türkiyə və AB nüvə anlaşması məsələsində İranla həmkarlığa təkid ediblər

Avropa Birliyi və Türkiyə Ankarada keçirdikləri iclasın bəyanatında nüvə anlaşması məsələsində İranla həmkarlığa təkid ediblər.

Avropa Birliyi komissiyasının inkişaf üzrə məsul şəxsi Yohannes Hann və bu biriyin xarici siyasət üzrə məsul şəxsi Federika Moqerini Ankarada Türkiyə rəsmiləri ilə görüşdən sonra birgə bəyanatda vurğulayıblar: İran nüvə anlaşmasının icrasından sonra iqtisadi bəhrə götürməlidir.

Avropa Birliyinin başçıları dünən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdə bir daha nüvə anlaşmasının qorunması, tərəflər arasında sədaqətli dialoqun davam etdirilməsi və ortaq maraqlar sahəsində həmkarlığa təkid ediblər.

Bu görüşdə bu türkiyəli rəsmi avropalı heyətdən istəyibdir ki, Türkiyənin Avropa Birliyinə üzvlüyünün müzakirə prosesini sürətləndirsin.