İyun 15, 2019 18:04 Asia/Baku
  • İran və Türkiyə beynəlxalq əlaqələrdə təkvektorluluğa qarşı çıxıblar
    İran və Türkiyə beynəlxalq əlaqələrdə təkvektorluluğa qarşı çıxıblar

İran və Türkiyə prezidentləri bölgədə qanunsuz sanksiyalar və təkvektorluluqla öz müxalifətlərini vurğulayıblar.

İran prezidenti Həsən Ruhani bu gün Tacikistanın Düşənbə şəhərində keçirilən 5-ci SİKA sammitinin kənarında Türkiyə prezidenti Rəcəb Tayyıp Ərdoğanla görüşdə vurğulayıb ki, Tehran iqtisadi sahə xüusiyyət təşkil etməklə bütün sahələrdə Türkiyə ilə münasibətləri genşləndirməyə maraqlıdır.

O, deyib: Bu həmkarlıqları gücləndirmək və iki ölkənin illik ticarət mübadilələri həcmini otuz milyard dollara çatdırmaq üzrə səylər artırılmalıdır.

Türkiyə prezidenti də bu görüşdə vurğulayıb: İran-Türkiyə münasibətləri inkişaf etməkdədir və bu münasibətlərin ikitərəfli və regional səviyyələrdə daha da gücləndirilməsi son dərəcə önəmlidir.

Ərdoğan əlavə edib: Türkiyə bütün sahələrdə Tehran ilə əlaqələrini genişləndirmək əzmindədir.

 

 

Teqlər