Çavuşoğlu: Türkiyə Amerikanın ehtimal olunan sanksiyalarından qorxmur
Türkiyənin xarici işlər naziri bildirib ki, ölkəsi Rusiyanın S-400 tipli hava hücumundan müdafiə sisteminin təhvil veriləcəyi təqdirdə Amerikanın ehtimal olunan sanksiyalarından qorxmur.
Mövlud Çavuşoğlu deyib: Türkiyə elə bir ölkə deyildir ki, Amerikanın və ya digər ölkələrin istəkləri əsasında bu təchizatı alsın, yaxud da ondan vaz keçsin.
Çavuşoğlu bildirib ki, S-400 tipli zenit raket sisteminin satın alınması Türkiyənin bu sahədəki təcili ehtiyacıdır. O, əlavə edib: Əgər Türkiyə hücuma məruz qalarsa, Ankara özünü müdafiə etmək üçün NATO-ya və ya digər müttəfiqlərinə arxayın ola bilməz, zira NATO-nun hava hücumundan müdafiə sistemi Türkiyənin yalnız otuz faizini əhatə edir.
Son aylarda ABŞ ilə Türkiyə arasındakı gərginlik müxtəlif məsələlər, o cümlədən S-400 zenit raket sisteminin satın alınması üstündə artıbdır.