Hulusi Akar: Türkiyənin bütün sərhədaşırı əməliyyatları beynəlxalq qanunlara uyğundur
https://azeri.sahartv.ir/news/türkiyə-i354647-hulusi_akar_türkiyənin_bütün_sərhədaşırı_əməliyyatları_beynəlxalq_qanunlara_uyğundur
Türkiyənin müdafiə naziri deyib: Türkiyənin silahlı qüvvələrinin ölkə daxili və ölkədən kənar bütün əməliyyatları beynəlxalq hüquqa, Birləşmiş Millətlər Təşkilaıtnın qərarlarına və qarşılıqlı razılaşmalara uyğundur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 24, 2019 17:55 Asia/Baku
  • Hulusi Akar: Türkiyənin bütün sərhədaşırı əməliyyatları beynəlxalq qanunlara uyğundur
    Hulusi Akar: Türkiyənin bütün sərhədaşırı əməliyyatları beynəlxalq qanunlara uyğundur

Türkiyənin müdafiə naziri deyib: Türkiyənin silahlı qüvvələrinin ölkə daxili və ölkədən kənar bütün əməliyyatları beynəlxalq hüquqa, Birləşmiş Millətlər Təşkilaıtnın qərarlarına və qarşılıqlı razılaşmalara uyğundur.

Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Hulusi Akar Türkiyənin Milli Müdafiə Nazirliyinin ləyaqətli bölmələr və işçilərini mükafatlandırma mərasimində etdiyi çıxışında deyib: Türkiyə bütün qonşu ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşır. 

H.Akar mediyalarda Türkiyə ordusunun kimyəvi silahlardan istifadə etməsinə dair yayılan bəzi xəbərlərə toxunaraq deyib: Türkiyə ordusu kimyəvi silaha və bu kimi silahlardan istifadə imkanlarına malik deyil. 

Türkiyə ordusunun Suriyanın şimalına hücumu Suriya dövləti və xalqı eləcə də beynəlxalq ictimaiyyət tərəfindən pislənilir.