İstanbulda İranın əl işləri sənayesi sərgisi
-
İstanbulda İranın əl işləri sənayesi sərgisi
İstanbulda İranın süjetli xalçaları və əl işləri sənayesi məhsullarının təqdimatı ilə milad ili sonu sərgisi keçirilir. Sərgi sərhədaşırı baxımdan gəlir gətirir. Bundan əlavə, əl işləri də İranın mədəniyyəti və tarixini təqdim edir.
İstanbulda iri yeni milad ili sərgisi və İran sənətinin məhsulları olan rəngarəng və çeşidli pavilyon.
Xalçanın əzəmətindən tutmuş xatəmkarlıq, emal və saxsı qabların gözəlliyinədək.
İran dünyada əl işləri sənayesinin ən üstün üç qütbündən biridir.
M.Q- İran xalçaları doğrudan da gözəldir. Naxış və bəzəklər heyrətamizdir. İllərdir, evimdə İran xalçasından istifadə edirəm. Və indi digər bir süjetli xalça almaq istəyirəm.
Bu bənzərsiz və rəqibsiz sənət əcdadlarımızın sənətindən söz açır və İran diyarı sənətkarlarının yaradıcılığı, təşəbbüsü və zövqündən danışır.
M.K- Bizim əsas işimiz, süjetli xalçalar istehsalıdır. Gördüyünüz bu işlərin dizayneri, mənəm. Yəni işlər əvvəldən axıradək Sərdrud şəhərində görülür. Sərdrud Təbrizin yaxınlığında yerləşən bir şəhərdir. Bu şəhər həm YUNESKO təşkilatı tərəfindən qeydə alınıb, həm adına marka çıxarılıb, həm də İranda dünyanın süjetli xalçalarının paytaxtı kimi tanınıbdır.
Bu sirli xəzinə dünya bazarlarında nadirdir və İranın mədəni irs, turizm və əl işləri sənayesi nazirliyi 1404-cü günəş ilinədək bu yerli sənətin ixracatı üçün iki milyard dollar məbləğ nəzərdə tutubdur.