Türkiyə xarici işlər naziri müxalifət partiyalarının liderləri ilə görüşür
https://azeri.sahartv.ir/news/türkiyə-i354948-türkiyə_xarici_işlər_naziri_müxalifət_partiyalarının_liderləri_ilə_görüşür
Türkiyənin xarici işlər naziri Liviyaya hərbi qüvvə göndərilməsi layihəsi ilə bağlı məsələləri müzakirə etmək üçün kürdlərin Xalq Demokratik Partiyası (HDP) istisna olmaqla üç müxalifət partiyasının liderləri ilə görüşəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 29, 2019 17:55 Asia/Baku
  • Türkiyə xarici işlər naziri müxalifət partiyalarının liderləri ilə görüşür
    Türkiyə xarici işlər naziri müxalifət partiyalarının liderləri ilə görüşür

Türkiyənin xarici işlər naziri Liviyaya hərbi qüvvə göndərilməsi layihəsi ilə bağlı məsələləri müzakirə etmək üçün kürdlərin Xalq Demokratik Partiyası (HDP) istisna olmaqla üç müxalifət partiyasının liderləri ilə görüşəcək.

Kürd Press-in məlumatına əsasən, Türkiyənin hərbi qüvvələrinin Liviyada istifadə edilməsinə dair layihənin irəli sürülməsi fonunda Mövlud Çavuşoğlü sabah dekabrın 30-u Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Qılıncdaroğlu, Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı və İYİ Partiyasının lideri Meral Akşener ilə görüşməlidir.

Bu görüşlər elə bir halda keçiriləcək ki, Türkiyənin xarici işlər nazirinin parlamentdəki ikinci ən böyük müxalifət partiyası olan HPD lideri ilə görüşü planlaşdırılmır.

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının lideri bundan öncə bu ölkə hərbçilərinin Liviyaya göndərilməsinə qarşı çıxıb və bu təşəbbüsün Ankara üçün zərərli olduğunu bildirib.