Fev 27, 2020 13:58 Asia/Baku
  • Ankarada İdlibin durumu araşdırılıb

Rusiya rəsmilərindən ibarət nümayəndə heyəti Ankarada Türkiyə rəsmiləri ilə görüşüb və onlarla Suriyanın İdlib bölgəsinin son durumunu araşdırıb.

Rusiya prezidentinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev və bu ölkənin xarici işlər nazirinin müavini Sergey Verşinin-in başçılıq etdikləri Rusiya nümayəndə heyətinin Türkiyə rəsmiləri ilə danışıqları bu gün də davam edəcək.

İki ölkə heyətləri bundan öncə Ankara və Moskvada iki dəfə İdlib məsələsini müzakirə ediblər.  

Ekspertlərin qənaətinə görə, Ankaranın İdlibdəki son hərbi əməliyyatı dünyanın ümumi fikrində Türkiyənin PKK ilə mübarizədəki hərəkətlərinin legitimliyini zəiflədib və bu, Türkiyənin iqtisadi cəhətdən zəifləməsini istəyən bu ölkənin düşmənlərinin və Ametrikanın meyllərinə uyğun gəlir

Türkiyənin Suriya böhranı üstündə Rusiya ilə mövqeləri fərqli və təzadlıdır.

 

 

 

Teqlər

Şərhlər