Türkiyədən 9 Avropa ölkəsinə uçuşlar dayandırılıb
https://azeri.sahartv.ir/news/türkiyə-i359278-türkiyədən_9_avropa_ölkəsinə_uçuşlar_dayandırılıb
"Turkish Air" hava yolları şirkətinin və Türkiyənin digər aviaşirkətlərinin 9 Avropa ölkəsinə uçuşları bu gün səhər saat 8-dən dayandırılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 14, 2020 19:15 Asia/Baku
  • Türkiyədən 9 Avropa ölkəsinə uçuşlar dayandırılıb

"Turkish Air" hava yolları şirkətinin və Türkiyənin digər aviaşirkətlərinin 9 Avropa ölkəsinə uçuşları bu gün səhər saat 8-dən dayandırılıb.

"Turkish Air" hava yolları şirkətinin və Türkiyənin digər aviaşirkətlərinin Almaniya, Fransa, İspaniya, Norveç, Danimarka, Belçika, Avstriya, İsveç və Hollandiyaya hava reysləri koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində dayandırılıb.

Həmçinin bu aviaşirkətlərin və qeyd olunan ölkələrin hava yollarının Türkiyə istiqamətinə son uçuşları yerli vaxtla bu gün səhər saat 8-dən öncə həyata keçirilməli idi.

Son statistikalara görə, indiyədək dünyada 135 mindən çox insan koronavirusa yoluxubdur ki, bu miqdardan təqribən beş min nəfər həyatını itiribdir.

 

TÜRKİYƏDƏN 9 AVROPA ÖLKƏSİNƏ UÇUŞLAR DAYANDIRILIB