May 16, 2020 23:26 Asia/Baku
  • Türkiyədə son sutkada koronavirusdan daha 41 nəfər ölüb

Türkiyə Cumhuriyyətində koronavirusdan ölənlərin ümumi sayı 4 096 nəfərə çatıb.

Türkiyədə son 24 saat ərzində daha 41 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

SəhərAzəri-in yerli mənbələrə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 4 096 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 610 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 148 067 nəfərə çatıb.

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 2 004 olmaqla 108 137 nəfər təşkil edir.

Teqlər

Şərhlər