May 18, 2020 09:38 Asia/Baku
  • Türkiyə Fələstin torpaqlarının

Türkiyə Prezident Aparatının sözçüsü İbrahim Kalın Fələstin xalqının varlığı və iradəsini heçə sayan, Qüds və Fələstin torpaqlarını peşkəş çəkməyə yönəlmiş hər hansı planı qanuni hesab etmədiyini vurğulayıb.

SəhərAzəri xəbər verir,  İbrahim Kalın bu barədə deyib ki, Türkiyə Fələstin xalqının haqlı mücadiləsinə hər zaman dəstək verəcəkdir. 

Nəqəbə və ya Nikbət günü facisəsinin 72-ci ili və Fələstinlə bağlı verdiyi yazılı açıqlamada İ.Kalın bildirib: “Fələstin xalqının məruz qaldığı, "Böyük fəlakət" 72 ildir sürən işğal, qanunsuzluqlar, qəddarlıqlar və ədalətsizliklər deməkdir.

Onun sözlərinə görə, Fələstin əhalisinin 70 faizi torpaqlarından didərgin salınıb, 6 milyon fələstinli ayrı-ayrı ölkələrdə qaçqın kimi yaşamağa məhkum olub. Birləşmiş Millətlər Təşkilatının qətnamələri və beynəlxalq hüquq müddəalarına baxmayaraq, Şərqi Qüds və İordan çayının Qərb sahilində hələ də qanunsuz sionist yaşayış məskənlərinin inşası davam edir və fələstinli ailələr zorla evlərindən çıxarılır. Bu ədalətsizliyə və qanunsuzluğa həll tapa bilməyən beynəlxalq birlik bu gün eyni məsələdə daha dərin problemlərlə qarşı-qarşıyadır, on illər boyu sistematik olaraq həyata keçirilən işğalçılıq siyasətinin yeni ilhaq planları ilə genişləndirilməsi və dərinləşdirilməsi planları ilə.

  Türkiyə rəsmisi xəbərdarlıq edib ki, Qüdsün hüquqi, dini və tarixi statusunun dəyişdirilməsi istiqamətində atılan hər addım odla oynamaqdır.

  O sonda deyib: “Qüds qırmızı xəttimizdir. Qanun, vicdan və ədalət hissi ilə hər kəsi İsrailin müasir vandalizminə qarşı durmağa çağırırıq. Fələstin xalqının varlığına və iradəsinə məhəl qoymayan, Qüds və Fələstin torpaqlarını ilhaqa yönəlmiş hər hansı planı qanuni hesab etmirik".

Teqlər